Dişi düşmüş boz öküz qoşulub cöngələrə.

A grey beard, but a lusty heart. / No sinner like a hoary sinner. / Cf. There is no fool like an old fool. / A curst cur (dog) must be tied short. Седина в голову, бес в ребро. / Ср. От старых дураков молодым житья нет. / Сорока лет, а сорому нет. / Состарился, а жить не уставился.
dişi dişinə dəymək
dişi qarnındadır
OBASTAN VİKİ
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). == Ümumi məlumat == Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Dişi ayıdöşəyi
Dişi ayıdöşəyi (lat. Athyrium filix-femina) — qalxansız cinsinə aid bitki növü.
İnsan dişi
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
Süd dişi
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Vəhşi öküz
Öküz (dəqiqləşdirmə)
Öküz — İnək heyvanının erkəyi. Öküzlər — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə. Öküz soliteri — lentşəkilli qurdlar sinfinə aiddir. Digər Öküzovtala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Öküzotu — çobanyastığıkımılər fəsiləsinə aid bitki cinsi. Öküzboğan — kərəvüzkimilər fəsiləsinə aid bitki cinsi. Öküzə sitayiş (totemizm) — qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması.
Öküz soliteri
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur. == Xüsusiyyətlər == Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır. Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz.
İbtidai öküz
İbtidai öküz (lat. Bos primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Öküz döyüşçüsü
Öküz döyüşçüsü (isp. torero [toˈɾeɾo]; port. toureiro [toˈɾɐjɾu]) — öküz döyüşü ilə məşğul olan şəxs. Öküz güləşləri əsasən BAKI mədəniyyəti yaşanan ölkələrdə (BAKI,BİNƏ , NARDARANEkvador, Peru və s.) təşkil olunur. Öküzü nizə ilə yaralayan oyuncu "pikador" (isp. picador) adlanır və öküzü öldürən oyuncu "matador" adlanır. Buğa güləşləri heyvansevərlər tərəfindən ən çox tənqid olunan idman növlərindən biridir.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Fil Dişi Sahili
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Öküz Mehmed Paşa
Öküz Mehmed Paşa (1557, İstanbul, Osmanlı imperiyası – 1619, Konstantinopol) — I Əhməd və II Osman səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamı. I Əhmədin qızı Gövhər Sultanla evlənmiş, bu səbəbdən Kürəkən Mehmed Paşa olaraq da tanınmışdır. Nəsli günümüzə qədər davam edən Öküz Mehmed Paşa vəfat edəndə Ayşə və Əli adında iki övladı var idi. == Həyatı == İstanbulda öküz nalbəndliyi ilə məşğul olan Qara Həsən adlı bir kəndlinin oğludur. 1567-ci ildə saraya alınaraq burada təhsil almağa başlamışdır. Ardından müxtəlif vəzifələrə gətirilərək 1606-cı ildə silahdarlığa yüksəldi. I Əhməd dönəmində vəzirlik rütbəsi verildi və Yəmənli Həsən Paşanın yerinə 1 aprel 1607 tarixində Misir bəylərbəyi seçildi. Bu vəzifədə ikən bölgədə mərkəzi hakimiyyətə tabe olmayan siyasi qruplara qarşı siyasi tədbirlər gördü. Bu səbəbdən yerli qaynaqlarda ikinci Misir fatehi olaraq anılmışdır. 5 ilə yaxın davam etdirdiyi Misir bəylərbəyliyi illərində bölgədə güclü memarlıq fəaliyyəti ilə də məşğul olmuşdur.
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı == Haqqında == Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A. Ə. Bayramov. Qədim Oğuz ellərinin — Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Boz ay
Boz ay (az.-əski. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. == Müddəti == Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz balinalar
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Murad Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. == Həyatı == Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.
Murat Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. == Həyatı == Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.